- Azshop
- OpenAI, ChatGPT-yə sahib brauzerini hazırlayır
Endirimdə
MikroTik RB260GS
TV BOX 2GB/32GB
Çox satılan
Abunə olun
Yeniliklər haqqında ilk məlumatı siz alın
Son məhsul
Test parfum
Brinch Noutbuk Çantası 15.6" Red BW-127
Printer EPSON ÇFC Rəngli şırnaqlı L3101 CIS
OpenAI, ChatGPT-yə sahib brauzerini hazırlayır
27 Noyabr 2024, 13:03ChatGPT çat-botu ilə məşhurlaşan OpenAI şirkəti öz iddialı planlarını yerinə yetirməyə davam edir. Verilmiş yeni məlumata əsasən belə iddialı planlardan biri də şirkətin ChatGPT inteqrasiyasına sahib fərdi brauzerini istifadəyə verməkdir. Məlumatda qeyd edilib ki, şirkət bu mövzuda tərtibatçılıq sahəsində fəaliyyət göstərən Conde Nast, Redfin, Eventbrite və Priceline kimi şirkətlərlə danışıqlar aparıb. Şirkət fərdi brauzer sayəsində Google ilə rəqabətini daha üst səviyyəyə qaldıra bilər.
Heç istisna deyil ki, ChatGPT-nin tərkibinə axtarış sistemini əlavə edəndən sonra qeyd edilmiş plan şirkətin növbəti addımı olacaq. Bunun baş verəcəyi halda brauzerin nə zaman istifadəyə veriləcəyi barəsində bir məlumat yoxdur. Bir neçə gün bundan öncə məlum oldu ki, ABŞ hökuməti Chrome brauzerini Google şirkətinin əsas biznesindən ayırmaq istəyir. Bu vəziyyətin fonunda OpenAI şirkətinin axtarış sistemləri və brauzer sahələrinə daxil olması öz növbəsində tərəflər arasındakı rəqabəti daha da gücləndirəcək.









